Ўзбекистон халқ ёзувчиси Исажон Султоннинг “Алишер Навоий” асари Озарбайжонда чоп этилди

    Маданият 14 август 2024 103

    Қуйида ушбу китоб хақида ёзилган мақолани озарбайжон тилида тақдим қиламиз.

    Ədəbin və Adabın əsrarına vaqif olan Dahi

    Alimin, şairin, hər bir yazarın əsərləri onların xarakterininv təcəssümüdür. Dünya ədəbiyyatında xeyli sayda duogen, tanınan və ictimai hadisəyə çevirilən simalar olmuş, mövcuddur və olacaqdır. Amma və lakin möcud olanın bizim üçün faydalılıq əmsalı nə dərəcədədir? “Biz” dedikdə humanitar düşüncə, cəmiyyətin düzgün inkişafına xidmət edən, şərdən uzaq və xeyiri təbliğ edən toplum qəsd edilir. Qarşımda möhtərəm bir dahi haqqında möhtərəm bir yazarın müəzzəm bir əsəri vardır (əsəri mənə təqdim etdiy üçün Türk dünyasında tanınan alim Gülnaz xanım Sattarovaya xüsusi təşəkkürümü bildirirəm). Heç bir mübaliğəyə varmadan bir daha vurğulamaq istəyirəm: kamil və mükəmməl olan yalnız Allahdır. Lakin Uca Allah c.c.-nin izniylə onun yolundan sapmadan yaşamış və möhtəşəm əsərlər yazmış əcdadımız, nurlu dədələrimiz bu gün bizim ədəbi həyatımıza mayak tutmuş, həyatın qaranlıq labirintlərində azmamaq üçün bizlərə doğru yol qoyub getmişlər. Kitab dünya ədəbiyyatında xüsusi yeri olan, amma Türk-İslam dünyasında isə mötəbər məkanı və məqamı olan, Nizami Gəncəvi və Xosrov Dəhləvinin – hər iki dahi türkün fars dilində yazmış olduğu “Xəmsə”ni hünərli Türkün şirin dilində qələmə alan və şövkət kanında təqdim edən, ilk dəfə türk dilində “Xəmsə” yazan, namı məşriqdən məğribə şöhrət tapan Əlişir Navayidən bəhs edir. Sözün düzü, kitabı mənə təqdim edəndə bir az biganə yanaşdım. Postsovet ədəbiyyatının daha bir nümunəsinin olduğunu sui-ehtimal etdim. Çünki belə əsərlərə çox rast gəlmişdim. Elə dahi Nizami Gəncəvi haqqında M.S.Ordubadinin qaraladığı “Qılınc və qələm”i kimi. Belə əsərlər onlarladır. Müəllif Nizami kimi bir şeyxi, Türk-İslam dünyasının mütərəqqi fikir adamını, az qala, sosrealizmin kanonlarına uyğun olaraq bir bolşevik tipi kimi təqdim və təqsim edir. Bu tip ədəbiyyat nümunələri çoxdur və mövzudan uzaqlaşmamaq üçün sözümü mahiyyət üzrə dinamikadan təcrid etmək istəməzdim. Əslində, işğalçı imperializm Türk-İslam coğrafiyasına çürük və cahil bir sistem gətirdi, burada şəxslər rol oynamır. Lakin şəxsiyyətlər və xarakterlər istisnadır. V.Belinski “Estetika və ədəbi tənqid” əsərində yazırdı ki, “şairin fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır” (V. Belinski, Estetika və ədəbi tənqid . Cild 1, Moskva, 1952).

    Bu romanı ilə ilk dəfə tanış olduğum müəllif İsaxan Sultanın şəxsiyyəti yazdığı əsərin özündən duyulmağa və hiss olunmağa başladı. Əslində, romanı vərəqləmək üçün almışdım, amma elə birinci səhifədən əsər məni özünə “ram” edə bildi. Postsovet məkanında həqiqi əsərə rast gəlmirdim. Çoxdan arzuladığım bədii əsəri tapmışdım. Mütaliəni sevən adamam, lakin son vaxtlar Nurəddin Gənc, Cəmil Meriç, Aliya İzzatbekoviç, Nəcib Fazıl, Bəxtiyar Vahabzadə xaric bədii əsər oxuya bilmirdim. Çoxlu sayda kitablar tirajlanırdı. Mənim ədəbi və estetik zövqümə uyğun əsəri bulamıyordum. Yeni nəşr adlansa da, əskini təkrar edən taftaloji maklaturadan başqa bir şey deyildi. Sovetizmlər, ateist görüşlər literatur yığnağı olur, malisəf, ədəbiyyat ola bilmir. Bunlar materalist, marksist klişelərdən azad ola bilmir, rus-sovet doktrininin asılılığından və ya fars-məcusi ideologiyasından ayrıla bilmir, əsasən, Avropa yazarlarını önərir, türk-islam ədəbi fikri nəzərə alınmırdı. Bizə Danteni, Mülleri, Hegeli və onlarca yabançıları təbliğ edən “ədəbiyyat” yaranırdı. Hansı ki, bu əsərlər bizim dinimizi, hissiyatımızı aşağılayır, bəşərin əşrəfi Mühəmməd s.a.s.-nı təhqir eirdi.

    “Quran xəzinədir, şair, gərək sən,

    Hər sözü alasan bu xəzinədən...

    Şəriətdən kənar elm yoxdur, bil!

    Varsa qara xaldır, heç elim deyil”

    – deyən Ulu Xaqanini,

    “Dörd gövhər satan var, dörd gövhər alan,

    Artıq-əskiyinə qarışmaz satan.

    Əlinin eşqində sabitqədəməm,

    Ömər sevgisindən uzaq deyiləm.

    Hər ikisi nur ilə nurlanır dimaq

    Əbu Bəkir bir şamdır, Osman bir çıraq.

    Bu dərviş sifətli dörd böyük soltan,

    Dünyaya olmuş dörd təkbir oxuyan”

    – deyən Şeyx Nizamini deyil, fikri, düşüncəsi bizə yad olanları təbliğ etdilər. Əsl qəhrəmanlarımızı deyil, antiqəhrəmanları beynimizə soxdular. Əvvəl zehniyyətimizi, beyinlərimizi işğal etdilər, sonra da coğrafiyalarımızı. “Əlişir Navayi” romanı özünəqayıdışın düzgün motivasiyasıdır. 1990-cı illərdə Türk-İslam respublikaları suverenlik qazandıqda da belə şüarlar səslənirdi: “Ey Türk özünə qayıt, sən özünə qayıdanda böyük olursan”. Lakin, bu “özünə qayıdışın” içərisində də çox yanlışlar var idi. Köhnə sistem yıxıldı, fəqət yenisi qurulmamışdı. Meydanı boş görüb gələnlər çox oldu. Bizə “qardaş” deyənlərin zərərli “karandaş” olduqlarının da şahidi olduq. Əlişir Navayi özlüyündə kimliyi və kimyası bəlli bir dühadır.

    O, ümumtürk ədəbiyyatının Xaqani Şirvani, Nizami Gəncəvi, Xosrov Dəhləvi, Molla Qasım Şirvani, Xoca Əhməd Yəsəvi, Mahtumkulu Firaği kimi qüdrətli söz ustaları sırasında yer alan və klassik özbək ədəbiyyatının banisi olan dahi sayılır. Dostu şair Əbdürrəhman Caminin məsləhəti ilə Nizami mövzularından ibarət yazdığı “Xəmsə”dən başqa, çağatay türkcəsində müəllifin özünün “Xəzayinül-məani” adını verdiyi dörd divan, farsca divan və s. yaradan mütəfəkkir şairin əsərləri öz bədii-estetik keyfiyyətlərinə görə bütün Yaxın və Orta Şərqdə yayılmış, türk xalqlarının şairləri üçün uzun əsrlər boyu sənətkarlıq örnəyinə çevrilmişdir. Bir dövlət xadimi kimi də böyük nüfuza malik olan Nəvayi sənəti sevdiyi və yüksək dəyərləndirdiyi üçün bir çox sənətkarlara hamilik etmiş, mədəniyyətin hər tərəfli inkişafına çalışmışdır. Ə.Navayini Azərbaycan şairi Seyid Əzim Şirvani çox orijnal qaydada təqdim edir. Lakonik, məzmunlu və mənalı bir tanıtımdır. Bu statusdan sonra yenidən İsaxan sultanın romanına qayıdacağıq:

    Eyləməz fərzin Nəvayini fələk rux göstərib,

    Ta onu fərmanbəri şahi-Xorasan eyləməz!

    Seyd Əzim Şirvani Nəvayini bir beytlə görün necə təqdim edir. Məlumdur ki, Nəvayi Hüseyn Bayqaranın vəziri olub, o da məlumdur ki, Nəvayi sadə xaldın içərisindən çıxıb, yəni bəyzadə, əyan-əşrəfdən, zadəgan seqmentindən olmayıb. O zamanlar sıravi xalq içərisindən vəzirliyə getmək sadə bir iş olmayıb. Şair şahmat oyunu üzərindən Navayinin həyatını təsvir edır. O deyir ki, zamanın – fələyin topu qoymaz ki, piyadə Navayi gəlib fərz, yəni vəzir olsun. Şahmatda top o yolu tutub, piyadə qədəm qoyub irəli keçərsə top onu mütləq vuracaq. “Ta ki, onu fərmanbəri şahi-Xorasan eyləməz!” Əgər Xorasan şahı onu müdafiə edərsə, piyadə gəlib vəzir olar.

    Xorasan şahı Hüseyn Bayqara Nəvayinin məktəb yoldaşı olub və uşaqlıqdan onun biliyinə, zəkasına hörmət edib. Artıq biz bunu İsaxan Sultanın təqdimatında görürük. İsaxan Sultan bu əsərində bir çox konseptləri alt-üst edir. O konseptlər ki, yuxarıda qeyd etdiyim kimi, onlar bizim əleyhimizə işləmişdir. Yəni ədəbiyyat insan, bəşər toplumunun ədəbi estetikasına xidmət etməlidir. Eros, literatur ədəbiyyat deyil. Ədəbiyyat İslam nurunun təbliğinə daha çox önəm verməlidir, hansı ki, İsaxan Sultan bu romanda həmin problemi müstəviyə gətirir və geniş oxucu kütləsinin sərəncamına buraxır. İsaxan Sultan romanda çoxlarından fərqli olaraq İslam etnoqrafiyasını, İslam ədəbini, İslam məişətini bədii boyalarla, geniş spektrdə ifadə edir. Zəngin peyzaj təsviri, etnosu ifadə edən toponimlər, hidronimlər və bir çox nüanslar bədii əsərin əsas leytmotvini təşkil edir. Əsərin əvvəlində olaylar mədrəsədə cərəyan edir. Müəllif burada islam elminin, ekolunun ciddiliyini bədii üslubda diqqətə gətirir. Hətta mədrəsədə şahzadə ilə sıravi şagird arasında fərq qoyulmur və bu da İslam mədəniyyətinin mütərəqqi cəhətləri olduğunu dünya oxucusuna ərz edir. Əsərdə müdərrisin şahzadənin mürrəbisini azarlaması mənə İmam Hz. Buxarinin bir mükaliməsini xatırlatdı.

    Bir gün Əmir İmam Buxariyə xəbər göndərir ki, gəlib onun oğluna sarayda dərs desin. İmam Buxari rəhim Allah Əmirin xahişini geri qaytarır, yəni qəbul etmir. Deyir ki, “elmin ayağına gələrlər, elm saraya gedərsə, artıq elmilik dərəcəsi düşər”. İsaxan Sultan Əlişir Nəvayi romanında mütavaziliyi, elmə hörməti çox ustalıqla piyasıya gətirir. O, əsərində könülləri fəth etməyin düsturunu öz bilginliyi ilə ehtiva edir. İsaxan Sultanı oxuduqda Əşrəfoğlu Ruminin kəlamı yadıma düşdü: “Kibri və kini tərk et, könül qazan...” Romanın qayəsi könül qazanmağı təbliğ edir, obrazların diliylə bəyan edilir, könül qazanmağa və bir könülə girməyə, hava-su kimi ehtiyacımız var. Bunun üçün əsas olan şey kibri və kini tərk etməkdir. İsaxan Sultan bizə unutdurulan tariximizi yenidən yazır. Çünki tariximizi yad və yabançılar yazdı. Burada Cemil Meriçin sözləri yada düşür: “Tariximiz təpədən-dırnağa dəyişdirməlidir. Çünki tarix kitablarımız xaçlıların ən böyük zəfəridir”.

    İ.Sultan tariximizin qaynaqlarını, əsas etibarilə mahiyyətini bu romanda doğru dürüst təqdim etməyi bacarır. Müəllif əsərdə çox mətləblərə toxunur, bəzən tirələr, boylar arasındakı inciklikləri müdrikcəsinə həll edir. Romanda “Dost dosta daralanda düşmənə sarılmaz” prinsipi axıra qədər süjetin ana ideyasını təşkil edir.

    “Əlişir Nəvayi” romanı türkçülüklə islamın şərəfləndiyi nöqtələri məharətlə qeyd edir. Əsəri idrak edincə bəlli olur ki, türklük Turanda bitmir, Anadoluda da bitmir. Hədəf türklüyü irqçilik kimi yaymaq deyil, insanlığı qorumaq, bəşəri mühafizə etməkdir. İrqçiliyə yuvarlanmadan, milli örf-adət tötəmizi əzdirmədən bir dava fikri ilə böyük dünyanın mayakı olma uğrunda var olacağız! Türklüyün İslama bağdaşmayan hərəkətləri nə biz türklərə, nə də hökmdar olmaq istədiyimiz dünyaya heç bir fayda verməz. Əlişir Nəvayilərin təfəkküründə və onu yenidən bəşərə təqdim edən İsaxan Sultanların qələmində intişar tapıb, yüksək məqamlarda bərqərar olub, heç kimsəyə yem olmayacaq bilginləri və gercək sahibləri var olmağa davam edəcək. Türk-İslam təfəkkürünün və dünyaya verəcək faydaların davamı olaraq yeni-yeni əsərlərə qovuşmaq ümidiylə...

    Qalib Sayılov, Filologiya elmləri doktoru

    20.05.2024, Bakı.

    Keçdi ömrüm nəqdi qəflət içrə nadanlıqda, heyf.

    Qalan ömrüm qəmlər ilə, min peşimanlıqda, heyf.

    Canıma vermə əziyyət, sən riyazət qılma çox,

    Gəncliyin asan sovuşdu, yandın asanlıqla, heyf.

    Bağladım peymanədən peyman fəğan ki, əqlü din

    Oldu bu peymanədən ol süst peymanlığda, heyf.

    Ey müsəlmanlar, bilin ki, ötdü ömrüm hasili

    Nəfsi kafır fıtnəsindən namüsəlmanhqda, heyf.

    Heyf kim, nəf eyləməz, üzsəm də əl peymanədən,

    Desəm öz əhvalımı bu tövr heyranhqda, heyf.

    Elə işlər gör ki, heç vədə peşiman olma sən,

    Nə qədər işdə xəta qıldım peşimanlıqda, heyf.

    Çox sözüm bəlkə yalandır, bir sözüm sərrast, dürüst,

    Yalana qurban gedib ömr oldu qurbanlıqda, heyf.

    Bir qədər yüngül gəlir siqlətdə sultandan gəda,

    Heyf kim, çox-çox gəda olmuş da sultanlıqda, heyf.

    Ey Nəvai, vaqifəm rüzgara mən, əsrara mən:

    Keçdi ömrüm nəqd qəflət içrə nadanhqda, heyf!

    Mən cahandan doymuşam, doymaz mənim qanımdan el,

    Mən canımdan üzdüm əl, çəkməz əlin canımdan el.

    Tay-tuşum rüsvay olub, rüsvay odu lav-lav yanar,

    Rast gələn yoldan çıxar, ötməz mənim yanımdan el.

    Toz basıb üz-gözləri, yox tamyan bir-birini,

    Halımı sorsa, girib çıxsa bu viranımdan el.

    Kəbəmin hər daşma, ey Xızr, mən can sürtərəm,

    Axışar, tutsa xəbər Kəbəmdən, ünvanımdan el.

    Ey Nəvai, tutmasınlar eyb əgər divanəyəm,

    Oxusun qoy ol pəri vəsfin bu divanımdan e

    Hər kimin ki, bir mələksima pərivəş yan var,

    Nə pəridən ehtiyacı, nə mələkdən an var.

    Yox təəccüb, sarmaşırsa hər gecə ter qönçəyə,

    Qönçə tək hər sübh olub xəndan nişat izhan var.

    Ağ sinən, ləlin xəyalilə mən oldum az qala

    Bir hörümçək ki, onun can riştəsindən tan var.

    Yox əcəb, gül həsrətilə zar ola bülbül əgər,

    Cisminə hey sancılan yüz-yüz tikanı, xan var.

    Sünbüli zülfi əgər aşuftədir, eyb etmə kim,

    Gül üzündə qoşa yatmış nazənin bimarı var.

    Məst olub, bixud olub qoy çıxmasm meyxanədən,

    Çün mənim tək dövr əlindən dərdi var, azan var.

    Ey Nəvai, yar üzər olsa məhəbbət riştəsin,

    Gəlməz olsa ol sənin san, sən anın san var!l.

    No date selected
    август, 2024
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
    Use cursor keys to navigate calendar dates